Modern.az

“Qarabağ Qaziləri”ndən Rəmişə İTTİHAM: “Xalq artisti adı əlindən alınmalıdır”

“Qarabağ Qaziləri”ndən Rəmişə İTTİHAM: “Xalq artisti adı əlindən alınmalıdır”

Təhsil

9 Yanvar 2015, 16:14


“Qarabağ Qaziləri” İctimai Birliyinin rəhbəri Etimad Əsədov xalq artisi Rəmişin erməni dilində mahnı oxumasına hiddətini bildirib. Onun sözlərinə görə, ifaçının "xalq artisti" titulu əlindən alınıb, efirlərdən uzaqlaşdırılmalıdır:

“Bu cür müğənnilər, ifaçılar efirə çıxıb xalqa ağsaqqallıq edərək özlərinin ağılsız məsləhətlərini verirlər. Min bir yolla xalq artisi adını alıb özlərindən çıxırlar. Xalq artisti adını ucuzlaşdırıblar, noğul-konfet kimi kimə gəldi, paylayırlar. Bu səbəbdən belə olaylar baş veririr. Onlara elə gəlir ki, artıq  ermənilərlərə birgə oxuyub, öpüşüb-ğörüşüb, bir səhnəni  paylaşa  və hətta mahnılarını erməni dilində oxuya bilərlər.

Millətimiz isə nədənsə susur. Belə hərəkətləri ilə musiqiçilər Qarabağ iştirakçılarına, şəhidlərə, şəhid ailələrinə böyük hörmətsizlik etmiş olur. Qarabağ qazisi kimi buna münasibətimi bildirirəm ki, Rəmiş kimilərinin adları əlindən alınıb efirlərə buraxılmaması gərəkdir. İctimai qınaq olmalıdır ki, bir daha belə xətalara yol verilməsin. (musavat.com)       

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü