Modern.az

Bakıda məscidlər necə qorunur?

Bakıda məscidlər necə qorunur?

Aktual

16 Yanvar 2015, 14:52

Pakistanda məscid bombalandı... Aşura günündə Suriyada məscidə edilən hücum zamanı 50 nəfər öldürüldü... Müsəlmanların müqəddəs Cümə günündə məscidlərdən birinə axşam namazı zamanı silahlı basqın olub.

 Artıq bu kimi xəbərlərə bir növ alışmışıq. Çünki belə olaylar mütəmadi olaraq baş verir. 

Dünyanın elə vaxtına gəlmişik ki, insanlar müqəddəs yerlərə də qorxa-qorxa gedirlər.

Bəs, Azərbaycanda fəaliyyət göstərən məscidlərdə vəziyyət necədir? Məscidlərimiz necə mühafizə olunur?

Modern.az saytı Azərbaycanda fəaliyyət göstərən bir neçə məscidlərdəki vəziyyəti öyrənməyə çalışıb. 

“Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli mühafizənin vacibliyini vurğuladı. 

“Bizim məsciddə mühafizə kameraları quraşdırılıb. Eyzi zamanda məscid xidmətçiləri mühafizə işini təşkil edirlər. Onlarla insan bu işə diqqət edir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri də qeyd edib ki, məscidlər hüquq-mühafizə xidməti tərəfindən qorunacaq və təhlükəsizliyi təmin olunacaq.
Ümumiyyətlə, geniş tədbirlər olandaı, Aşura günü, Qədr gecəsi, mövlud mərasimləri zamanı hüquq-mühafizə orqanları təhlükəsizliyi qoruyurlar”. 

“Təzəpir” məscidinin mühafizə məsələləri barədə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova danışıb: “Yadınızdadırsa, “Təzəpir” məscidinin yenidən kompleks halında bərpa olunub quraşdırılması dövlət tərəfindən həyata keçirildi. O zamandan etibarən məscidin həyətində təhlükəsizlik kameraları quraşdırılıb. İnsanların kütləvi toplaşdığı məkanlardan biri olaraq məscidlərdə bu məsələyə həmişə diqqət yetirilir. Məscidlərdə, ziyarətgahlarda təhlükəsizlik məsələsi artıq neçə illərdir ki, həyata keçirilir. Digər məscidlərdə də bu istiqamətdə müəyyən işlər görülməkdədir. Məscidlərin əksəriyyəti həm də tarixi abidələrdir. Bu baxımdan dövlət tərəfindən abidə olaraq xüsusi qorunurlar. Məscidlər insanların kütləvi toplaşdığı yer olduğu üçün, məsələyə dindarların təhlüksizliyi konteksindən də yanaşırıq”. 

“Əbu-Bəkr” məscidinin axundu Hacı Qamət Süleymanov isə hələlik mühafizə məsələsi haqqında düşünmədiklərini deyib:
““Əbu-Bəkr” məscidində 2008-ci il avqustun 17-də terror aktı oldu. Həmin vaxtdan məscidə məhdudiyyət qoyulub. Məscid tam bağlanmasa da, fəaliyyəti də tam deyil. Səbəb də bu idi ki, istintaq hələ də davam edir. İstintaq gedən müddətdə məscid bağlı oldu. Lakin istintaq bitsə də,  indiyə qədər məscidə qoyulan məhdudiyyət qalıb. Mühafizə haqqında bir neçə dəfə düşünmüşük. Lakin insanların bur gəlməsi məhduddur, yalnız məscidin icmasından ibarət bir neçə nəfər gəlib-gedir. Hələlik dindarlarım məscidimizə kütləvi axınına icazə verilmir. Ona görə də mühafizə haqqında düşünmürük”. 

“İmam Hüseyn” məscidinin axundu Hacı Əbdül yaxın vaxtlarda kameraların quraşdırılması haqqında fikirləşəcəklərini deyir:
“Bizim məsciddə mühafizə xidməti yoxdur. Bu haqda düşünmürük də. Çünki mühafizə məsələlərini özümüz çox ciddi şəkildə tənzimləyirik. İnsanların təhlükəsizliyinə nəzarət edirik. Amma “İmam Hüseyn” məscidinə kameraların quraşdırılması haqqında düşünürük. Yəqin ki, yaxın zamanlarda kamera məsələsi də həll olunar”.

Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü