Modern.az

Zakir Həsənov Azərbaycanın ən populyar naziridir - SORĞU

Zakir Həsənov Azərbaycanın ən populyar naziridir - SORĞU

23 Fevral 2015, 14:02


İctimai-siyasi proseslərin aktivləşdiyi bir zamanda yaşayırıq. Demək olar, hər gün ölkənin iqtisadi-siyasi, hərbi həyatı ilə bağlı yeni hadisələr baş verir. Maraqlıdır, belə bir zamanda daha çox gündəmdə qalmağı bacaran nazir kimdir? Son zamanlar öz fəaliyyəti ilə hansı naziri daha populyar hesab etmək olar?

Modern.az-ın sualına cavab verən Qarabağ müharibəsinin veteranı, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovun fikrincə, indi ən populyar nazir Zakir Həsənovdur: “Müharibə vəziyyətində olan ölkədə müdafiə nazirindən başqa birinin populyar olması qeyri-realdır. Azərbaycan müharibə vəziyyətindədir, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini konkretləşdirmək istiqamətində addımlar atmaq ərəfəsində olduğumuzu həm daxildə, həm də xaricdə hiss edirlər. Buna görə hesab edirəm ki, belə bir şəritdə Zakir Həsənov və onun komandasının gündəmdə olması normaldır. Məncə, bu, hətta çoxdan olmalı idi. Biz 20 ildən artıq beynəlxalq qurumlara ümid bəsləyərək səbr nümayiş etdirdik. Dövlət, xalq olaraq anladıq ki, heç kim bizim üçün nəsə etmək istəmir.

Həqiqətən də böyük işlər görülüb. Müdafiə Nazirliyinin həm Türkiyə Silahlı Qüvvələri, həm də ayrılıqda keçirdiyi hərbi təlimlər də bunu deməyə əsas verir.

Amma bir iradım var. Nazirlik təqdimat məsələsində səhvlərə yol verir. Hörmətli həmkarlarımız və peşəkarlarımız informasiya müharibəsinin ən pik nöqtəsi olan 21-ci əsrdə keçirdiyimiz təlimləri, hərbçilərimizin poliqonlarda tər tökməsini, piyadaların döyüş maşını, yaxud poliqonlarda qaçıb əziyyət çəkməsini işıqlandırmırlar. Bunu həm də qısa müddətdə hazırlayıb, təqdim etməlidirlər.

Təəssüflər olsun ki, bəzən nazirliyin saytında yerləşdirilən məlumatların yayılmasında kobud səhvlərə yol verilir. Mən bunu dostcasına bildirirəm. Biz eyforiyaya qapılmamalıyıq. Məsələn, bu yaxınlarda müdafiə naziri və rəhbərliyin vəzifəli şəxsləri döyüş bölgəsində yeni hərbi hissənin açılışında iştirak etdilər. Həmin rayonun icra başçısının müadafiə naziri ilə yanaşı şəkilləri çəkildi və yayımlandı. Biz isə yazırıq ki, “N” saylı hərbi hissə. Bu xırda bir detaldır, amma diqqət edilməlidir. Hesab edirəm ki, icra başçısının müdafiə nazirinin yanında olmasını mütləq şəkildə göstərmək lazım deyildi. Əgər döyüş bölgəsi olduğunu və həmin rayonun icra başçısını çəkib göstəririksə, burda məxfi olan nədir ki, “N” saylı hərbi hissə yazılır. Məxfilik prinsipi kobud şəkildə pozulur. Bununla biz düşmənə deyirik ki, hansısa döyüş bölgəsində yeni hərbi hissə açmışıq.

Düşünürəm ki, nazirlik çalışır və o vaxt tərif deyiləcək səviyyədə olacaq ki, bizim problemimiz həll olunmuş olacaq.

Məncə, hazırda Azərbaycanda vəziyyətdən aslı olaraq gündəmdə olan nazir kiminsə razılaşıb-razılaşmamasından asılı olmayaraq Zakir Həsənovdur. Fakt olaraq görünür ki, son zamanlar müdafiə naziri daim fəaliyyətdədir. Hesab edirəm ki, opertaivliyi daha da artırmaq lazımdır. Belə olan təqdirdə həm düşmənlərimiz, həm də ATƏT-in bivec həmsədrləri özləri üçün bir nəticə çıxararlar”.

Azərbaycan Vətən Müharibəsi Veteranları ictimai birliyinin sədri Fizulu Rzaquliyev: “Fikrimcə, ən çox gündəmdə olan nazir Zakir Həsənovdur. Çünki Zakir Həsənov nazir təyin olunandan gecəsi-gündüzü yoxdur, vaxtının çoxu səngərlərdə, təlimlərdə keçir. Modernləşmə prisnsipi ilə yanaşaraq silahlı qüvvələrimizin daha da inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəmir. Gün olsun ki, Ali baş komandanın rəhbərliyi ilə qalib nazir kimi onu təbrik etmək qismətimiz olsun”.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü