Modern.az

Dəniz Baykaldan şok açıqlama: “Referendumda “əvət” çıxsa, Türkiyə bölünəcək... “

 Dəniz Baykaldan şok açıqlama: “Referendumda “əvət” çıxsa, Türkiyə bölünəcək... “

Təhsil

7 Sentyabr 2010, 20:16

Türkiyənin ana müxalifət Cümhuriyyət Xalq Partiyasının sabiq sədri Dəniz Baykalın iddiasına görə, referendumda “əvət“ çıxsa, Türkiyə bölünəcək,  “xeyr” çıxsa, iqtidar gedəcək. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Baykal CXP sədri Kamal Kılıcdaroğlu ilə Antaliyaya səfərdən öncə jurnalistlər üçün mətbuat konfransı keçirib. 

“Referendumda “əvət” çıxması durumunda Türkiyə dərin bir şəkildə bölünəcək. Çünki insanların yarısı bu Ana Yasanı istəmir. İnsanlar istəmədikləri Ana Yasa ilə yaşamaq zorunda ilk dəfədir ki qarşı-qarşıyı gəlib. Referendumdan “xeyr çıxsa, bu iqtidar gedəcək”, - deyə Dəniz Baykal bəyan edib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü