Modern.az

Rusiyada deputat ər-arvad partiya təsis etdilər

Rusiyada deputat ər-arvad partiya təsis etdilər

17 May 2015, 00:04


“Ədalətli Rusiya” partiyasından ayrılan deputatlar, ərlə-arvad İvan Qraçov və Oksana Dmitriyeva Moskvada keçirilən qurultayda “Professionalların partiyası”nı təsis ediblər. Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, partiyaya Olqa Şirokovsa rəhbərlik edəcək. Buna səbəb yeni siyasi qurumu yaradan deputatların qanuna görə digər partiyanın üzvü ola bilməməsidir.

Partiyanın yaradıcısı İvan Qraçov deyib ki, qeydiyyata alınmaq üçün yaxın zamanda sənədlər Ədliyyə Nazirliyinə təqdim ediləcək. Onun sözlərinə görə, partiyanın 46 regional bölməsi var. Bundan əlavə, Qraçov deyib ki, “Professionalların partiyası”nı ideyasını həyat yoldaşı Olqa Dmitriyeva verib. Onlar hər ikisi bir müddət əvvəl “Ədalətli Rusiya” partiyasını tərk ediblər.

Yeni partiyanın yaradılmasında Dövlət Dumasının “Ədalətli Rusiya”dan olan deputatlar Andrey Krutov, Dmitri Uşakov, Natalya Petuxova da iştirak edib.

Yeni parrtiya “Milli təhlükəsizlik partiyası” ilə koalisiyaya getmək niyyətindədir. Hər iki partiya builki regional, 2016-cı ildə isə Dövlət Dumasına keçiriləcək seçkilərdə əməkdaşlıq etməyi planlaşdırır.

Modern.az


 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü