Modern.az

Azərbaycan Niderlanddakı festivalda təmsil olundu – FOTO

Azərbaycan Niderlanddakı festivalda təmsil olundu – FOTO

18 May 2015, 12:26


Mayın 14-dən 17-dək Niderland Krallığının Utrext şəhərində keçirilmiş Hollandiyada yaşayan xalqların böyük Mədəniyyət Festivalında “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi də iştirak edib.

Birliyin sədri Mayisə Ağamirzəyevanın verdiyi məlumata görə, artıq üçüncü dəfə keçirilən festivalda Azərbaycana həsr olunmuş böyük stend qurulub.

Stenddə Azərbaycanın dövlət atributlarını, mədəniyyət və tarixini əks etdirən eksponat və suvenirlər, milli geyimlərimiz, yeməklərimiz, Azərbaycan haqqında kitab və açıqçalar nümayiş etdirilib.

Diasporla iş üzrə Dövlət KomitəsindənModern.az saytına verilən xəbərdə deyilir ki, festivalın böyük paradından keçəndən sonra Azərbaycan təmsilçiləri səhnədə yer alıb. Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin Bakıdan dəvət etdiyi “Azərbaycan inciləri” uşaq rəqs qrupunun “Qaytağı”, “Məzəli rəqs”, “Nəlbəki” kimi milli rəqsləri və “Azərbaycan” kompozisiyası festival iştirakçılarının böyük marağına səbəb olub.

Festivalda gənc rəssam Nərmin Abdullayevanın “Bahar” sərgi-kompozisiyası da nümayiş etdirilib. Onun batika üslubunda hazırladığı əsərlərində bahar və çərşənbələr, kəlağayı kimi atributlarımız festival iştirakçılarının diqqətini cəlb edib.

Bundan başqa, Hollandiyada fəaliyyət göstərən “Odlar Yurdu” Təşkilatının rəhbəri müğənni-bəstəkar Firəngiz Bağırova da Azərbaycanın xalq və bəstəkar musiqiləri ilə çıxış edib.


Gülşən RAUFQIZI

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü