Modern.az

"ABŞ Minsk razılaşmasının icrasına cəlb edilib” – AÇIQLAMA

"ABŞ Minsk razılaşmasının icrasına cəlb edilib” – AÇIQLAMA

Təhsil

19 May 2015, 00:40


ABŞ Ukrayna münaqişəsinin siyasi yolla nizama salınması üçün Rusiya və başqa ölkələrlə aktiv qarşılıqlı təmasları davam etdirir.

Modern.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ceff Ratke deyib.

O, ABŞ dövlət katibinin müavini Viktoriya Nulanın Moskva səfərini şərh edərkən bildirib ki,Vaşinqton Ukrayna münaqişəsinin həlli ilə bağlı Minsk razılaşmasının reallaşmasına cəlb edilib.

Diplomatın sözlərinə görə Viktoriya Nuland Moskvada keçirdiyi görüşlər zamanı Minsk razılaşmasını icrası üçün atılacaq addımlar barədə müzakirələr aparıb.  

Məlumat üçün bildərək ki, Minsk razılaşması bu ilin fevral ayında “Normand dördlüyü” formatında (Almaniya, Fransa, Rusiya, Ukrayna) qəbul edilib.  

Aqşin Kərimov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü