Modern.az

İran səfiri Azərbaycana başsağlığı verdi

İran səfiri Azərbaycana başsağlığı verdi

Təhsil

19 May 2015, 20:43


İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin 19 may tarixində Bakı şəhəri Binəqədi rayonunda baş vermiş yanğın hadisəsi ilə bağlı Azərbaycana başsağlığı verib.

Modern.az xəbər verir ki, səfir başsağlığı məktubunda Bakı şəhəri Binəqədi rayonu yaşayış binasında baş vermiş və bir neçə insanın yaralanması və həyatını itirməsi ilə nəticələnmiş yanğın hadisəsi ilə bağlı öz dərin kədərini bildirib.

Möhsün Pakayin bu ağrılı hadisə ilə bağlı başsağlığı verərək, dost və qardaş ölkə olan Azərbaycan xalqına, xüsusilə yanğın hadisəsində zərərçəkmişlərin yaxınlarına Uca Tanrıdan səbr diləyir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü