Modern.az

Teleaparıcı atasını öldürən oğul tutuldu

Teleaparıcı atasını öldürən oğul tutuldu

Dünya

15 İyun 2015, 16:24



Özbəkistan Dövlət Televiziya və Radio Şirkətinin diktoru Raxmatilla Mirzaevin ölümündə şübhəli bilinən oğlu Ümid Mirzaev saxlanılıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, Özbəkistanın Baş prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, ilkin istintaq zamanı vətəndaşlar Kaxramon Şoazizov və Ümid Mirzaev bu cinayəti törətməkdə şübhəli bilinərək saxlanılıblar.

Raxmatilla Mirzaevin meyiti bu il martın 2-də Daşkənd şəhərinin ətrafındakı evində tapılıb. Daşkənd Daxili İşlər Nazirliyinin əməkdaşları əvvəlcə Kaxramon Şoazizovu saxlayıblar. O, qətli törətdiyini etiraf edib.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü