Modern.az

Süleyman Dəmirəllə vida mərasimi keçirilir

Süleyman Dəmirəllə vida mərasimi keçirilir

Dünya

19 İyun 2015, 11:08



Türkiyə siyasət tarixinin yarım əsrində vəzifədə olan 9-cu dövlət başçısı Süleyman Dəmirəl son səfərinə yola salınır.

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, iyunun 17-də səhər saatlarında dünyasını dəyişən Süleyman Dəmirəl üçün Ankaradakı ilk mərasim bu gün Güniz küçədəki evinin qarşısında təşkil edilib. İkinci mərasim isə illərcə vəzifədə olduğu parlamentdə olacaq.

Dəmirəlin cənazəsi bu gün saat 07:45-də vəfat etdiyi xəstəxanadan alınıb. İlk mərasim Güniz küçədəki evinin qarşısında saat 08:00-də başlayıb.

Mərasimin ardından cənazə illərcə vəzifədə olduğu Türkiyə Böyük Millət Məclisinə aparılacaq. Buradakı mərasimin ardından Kocatepe Məscidində Dəmirəl üçün cənazə namazı qılınacaq. Güniz küçədəki mərasim üçün bəzi yollar bağlanılıb. Dəmirəlin yaxınları və sevənləri Güniz küçəsinə axışır.  

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü