Modern.az

Tanınmış rus politoloqdan Sərkisyana MESAJ: “Cəhənnəmə xoş gəlmisiniz”

Tanınmış rus politoloqdan Sərkisyana MESAJ: “Cəhənnəmə xoş gəlmisiniz”

Aktual

24 İyun 2015, 12:48

 

“Ermənistanda elektrik qiymətlərinin qalxması ilə əlaqədar etirazlar keçirilir. Amma bu, bəhanədir. Əsl məqsəd isə müxalifətin “rəngli inqilab” vasitəsi ilə hakimiyyəti ələ keçirmək istəməsidir”.

Modern.az saytının məlumatına görə bunu Rusiya Dövlət Dumasının keçmiş deputatı, Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Sergey Markov deyib.  

Ekspertin bildirdiyinə görə Ermənistanın güclü müxalifəti çoxdandır ki, yeni inqilab dalğasının başlanmasına hazırlaşırdı.  

Onun fikrincə, nümayişçilərdə Avropa Birliyinin bayraqlarının olması düşündürücüdür.

Sergey Markov Ermənistan təhlükəsizlik qüvvələrinin mitinqi sərt şəkildə dağıtmasına isə haqq qazandırıb:  

“Polis nümayişçiləri qovmurdu. Amma müddətsiz oturaq mitinqlər yolu ilə Yerevandakı meydanın ələ keçirilmə cəhdinin qarşısını aldı. İctimai məkanları zorla ələ keçirmək cəhdləri olacaqsa, onda Ermənistan hakimiyyəti buna qarşı tədbir görməkdə çətinlik çəkəcək və Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviçin taleyini yada salmalı olacaq”.  

Politoloq Yerevandakı aksiya iştirakçıları arasında Ukraynadan çoxlu sayda döyüşçülərin olma ehtimalı da səsləndirib:  

“Lakin hələlik belə bir şey görünmür, amma baş verəcək. Yerevanda spontan şəkildə xalq nümayişlərinin başlanmasından söhbət belə gedə bilməz. Hər şey texnoloji  olaraq hazırlanıb, təşkilatçıların əsas məqsədi qan tökülməsinə nail olmaqdır”.   Rus analitik hesab edir ki, əgər Ermənistanda “Maydan” ssenarisi reallaşacaqsa, qiymətlər daha çox artacaq.  

“Diqqət edin, Ukraynada da hakimiyyət dəyişikliyindən sonra qiymətlər 2 dəfə artdı. Nə qədər çox “Maydan” təkrarlansa, qiymətlər qalxacaq və daha az azadlıq olacaq, insanlar öldürüləcək.

Bu “rəngli inqilab”ların düsturudur. “Cəhənnəmə xoş gəlmisiniz!” Bu, Avromaydanın əsas qeyri-formal şüarıdır. Ukraynada artıq cəhənnəmdir və indi  bu cəhənnəmə girməyə Ermənistan da cəhd edir”.  

Aqşin Kərimov  


Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü