Modern.az

Yerevanda nazir və deputatı təhqir edib meydandan qovdular - FOTOLAR

Yerevanda nazir və deputatı təhqir edib meydandan qovdular - FOTOLAR

Dünya

24 İyun 2015, 12:53

Elektrik enerjisinin qiymətinin artırılmasına etiraz edənlərin Yerevanda keçirdiyi aksiya hazırda Maştots prospektində davam edir. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, yerli vaxtla səhər saat 7-də nümayişçilər ərazidə təmizlik işləri aparıblar. Gecə küçədə qalanların əvəz olunması üçün etiraza qoşulanlara çağırış edilib. Etirazçılara su və yemək gətirilir. Nümayişçilər bir daha təkrar edirlər ki, onların lideri yoxdur, onları oturaq aksiya keçirmək qərarı birləşdirir.  

İyunun 23-də axşam nümayişçilərə deputatlar, aktyorlar və şou-biznes nümayəndələri qoşulublar. İyunun 24-də səhər aktyor Ovanes Azoyan aksiya iştirakçılarına hüquq-mühafizə orqanlarının “Azadlıq” meydanına qayıtmaları ilə bağlı təklifini çatdırıb. Təklif qəbul olunmayıb. Etirazçıların fikrincə, Baqramyan prospektindəki vəziyyət onlara sərf edir. “Bir də heç kimi göndərməyin!” – nümayişçilərdən biri polisin üstünə qışqırıb.

Etirazçılar arasında prezident Serj Sərkisyana ypnəlik “Serjik get!” deyib səslənən də var.

Digər məlumata görə, nümayişçilər dövlət rəsmilərinin və hakim Respublika Partiyasından olan deputatların onlarla təmas qurmasına razılaşmırlar. Hakim partiyadan deputat Samvel Farmanyan, eləcə də təhsil və elm naziri Armen Aşotyanın davranışları isə etirazçıları qəti addım atmağa vadar edib. Nümayişçilər sərt şəkildə hər iki şəxsin ərazidən çıxıb getməsini tələb ediblər. Etiraz edənlərin bəziləri hətta onları “cındır” da adlandırıblar.

















Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü