Modern.az

İŞİD-in Qafqazla bağlı addımına Rusiyadan REAKSİYALAR: “Hakimiyyəti devirmək istəyəcəklər”

İŞİD-in Qafqazla bağlı addımına Rusiyadan REAKSİYALAR: “Hakimiyyəti devirmək istəyəcəklər”

Dünya

25 İyun 2015, 15:21

 

 

“İslam dövləti” terror təşkilatının (İŞİD) Şimali Qafqazda yeni administrasiyasının yaradılması barədəki xəbərlərin yayılmasının ardından region üçün yeni təhlükə qaçılmaz olduğu bildirilir.

İŞİD-in Qafqazda filialının fəaliyyət başlaması Rusiya mətbuatında aparıcı müzakirə predmetinə çevrilib.  

Modern.az saytının xəbərinə görə Rusiyanın Müdafiə Nazirliyinin Çeçenistan Respublikasındakı kəşfiyyat qruplarının sabiq rəisi, general Sergey Kançukov “Vestnik Kavkaza” portalına İŞİD-in Şimali Qafqazda yeni özəyinin yaradılması ilə bağlı verdiyi bəyanatı şərh edib.    

O bildirib ki, terror şəbəkəsinin fəaliyyəti ilk növbədə maliyyələşmədən asılıdır. Sabiq rəisin fikrincə, digər “İslam dövləti”nin qarşısına qoyduğu məqsəd və vəzifələr də nəzərə alınmalıdır.    

“Mən hesab edirəm ki, onların təsiri var. Hər şeydən əvvəl Dağıstandakı qanunsuz birləşmələrin mövcudluğu səbəbindən baş verən toqquşmalar səngimir. Burada iqtisadi məsələlər də rol oynayır. Hansısa silahlı dəstələrin Dağıstanda və Kabardin-Balkariyada aktivləşəcəyini düşünürəm. Amma Çeçenistanda bu az dərəcədə ola bilər”.  

Moskva Şəhər Dumasının Təhlükəsizlik Komissiyasının üzvü Sergey Qonçarov isə vəziyyəti dramatikləşdirməyə ehtiyac olmadığını bildirib.

“Şimali Qafqazda quldur dəstələrinin hərəsinin öz komandiri var və onlar istədiyi kimi hərəkət edirlər. Dağıstanda, Kabardin-Balkariyada, İnquşetiyada və Çeçenistanda belə pəarakəndə faktlar var. Hansısa rəsmi bir təyinat varsa, (İŞİD-i nəzərdə tutur-red)  hər respublikada fəaliyyət göstərən əsas komandirlərin ona tabe olacaqlarını düşünmürəm. 

Lakin nəzərə alaq ki, Şimali Qafqazdan olan yaraqlılar İŞİD tərəfində vuruşurlar. Bu isə region üçün ciddi təhdiddir. Çünki onlar müxtəlif ad altında qayıda və qanunu hakimiyyətin devrilməsinə çalışarlar, müxtəlif terror aktları həyata keçirərlər.

Buna görə də düşünürəm ki, İŞİD-in təhlükələri ciddidir və bizim xüsusi xidmət orqanlarımız bilməlidir ki, bu, Şimali Qafqaz üşün bir nömrəli problemdir”  

Qeyd edək ki, İŞİD-in mətbuat katibi Əbu  Məhəmməd əl-Adnani bu təşkilatın Şimali Qafqazda yeni administrasiyasının yaradıldığını bəyan edib. Əbu Məhəməd əl-Kadari isə İŞİD-in bu bölgədəki lideri təyin olunub.  

Aqşin Kərimov


Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı