Modern.az

Tunisdə terrordan sonra 80 məscid bağlanır

Tunisdə terrordan sonra 80 məscid bağlanır

Dünya

27 İyun 2015, 12:09


Tunis hakimiyyəti iyunun 26-da turistlər üçün nəzərdə tutulan oteldə baş verən gülləbarandan sonra zorakılığa təhrik səbəbindən 80 məscidi bağlamağa hazırlaşır. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda ölkənin baş naziri Habib Essid məlumat verib.

Onun sözlərinə görə, bağlanılacaq məscidlər dövlətin nəzarətindən kənarda olanlardır.

İyunun 26-da tunisli tələbənin əcnəbi turistlərin istirahət etdiyi otelin ərazisinə daxil olub avtomatdan atəş açması nəticəsində 39 nəfər qətlə yetirilib, onlarla adam yaralanıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü