Modern.az

İranın dini lideri: “ABŞ-la mübarizə davam edəcək”

İranın dini lideri: “ABŞ-la mübarizə davam edəcək”

Təhsil

13 İyul 2015, 17:28



İran lideri Ayətullah Əli Xamneyi nüvə razılaşmasının əldə ediləcəyi halda belə, ABŞ-la mübarizənin davam edəcəyini bəyan edib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Xamneyi bu səbəbdən mübarizəyə hazırlıqlı olmağı istəyib.

  Paytaxt Tehranda universitet tələbələrinin qatıldığı bir yığıncaqda danışan Xamneyidən İran və “5+1” ölkələri ilə aparılan nüvə müzakirələrindən əldə ediləcək nəticəyə görə “qəsbkar güclərə” qarşı İranın rəftarının nə olacağı soruşulub. O, cavabında deyib: “Qəsbkar güclərə qarşı mübarizəmiz bitməz. Bu inqilabımızın təməl qanunudur, etməzsək “Quran”a bağlı deyilik deməkdir”.  

ABŞ-ı belə güclərin mükəmməl nümunəsi olaraq təyin edən İranın dini lideri “Özünüzü mübarizənin davamı üçün hazırlayın” təlimatını verib.  

İran və BMT Təhlükəsizlik Şurasının daimi 5 üzvü ilə Almaniyanın da olduğu “5+1” ölkələri arasında Tehranın nüvə proqramı ilə bağlı Vyanada nüvə müzakirələri aparılır. Keçən həftə 2 dəfə müddəti uzadılan müzakirələrin bu gün bitməsi gözlənilir.  

Modern.az
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü