Modern.az

Türkiyədə 16 il sonra ilk dəfə koalisiya hökuməti qurulmasına başlanıldı

Türkiyədə 16 il sonra ilk dəfə koalisiya hökuməti qurulmasına başlanıldı

Təhsil

13 İyul 2015, 17:31



Türkiyənin baş naziri və Ədalət və İnkişaf  Partiyasının (AKP) rəhbəri Əhməd Davudoğlu bu saatlarda koalisiya hökuməti qurulması ilə bağlı görüş üçün Cümhuriyyət Xalq Partiyasının (CHP) baş qərargahına gəlib. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, AKP heyəti CHP qərargahına gümüş nimçə içərisində şam simiti və şokolad gətirib.

Türkiyədə 16 il sonra ilk dəfə koalisiya hökuməti qurulması üçün görüşmələr reallaşdırılır.  

1999-cu il aprelin 18-də parlament seçkilərindən 1-ci partiya olaraq çıxan Demokratik Sol Partiyasının (DSP) təkbaşına hökumət quracaq deputat çoxluğuna sahib ola bilməməsi səbəbindən koalisiya hökuməti qurmaq zəruriliyi ortaya çıxıb. Seçkilərdə Türkiyə Böyük Millət Məclisində (TBMM) 136 millət vəkili yeri qazanan DSP-nin rəhbəri Bülent Ecevit 1999-cu il mayın 3-də prezidentdən hökuməti qurma vəzifəsini  alanadan sonra, 129 millət vəkili yeri qazanan Milliyyətçi Hərəkat Partiyası ( MHP) və 86 millət vəkilinə sahib olan ANAP  ilə görüşüb. 1999-cu il mayın 29-da imzalanan koalisiya  protokolundan  sonra qurulan 57-ci hökumət həmin il iyunun 9-da TBMM-dən etibar səsi alıb.  

Modern.az
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü