Modern.az

Azərbaycanda cinayət edən yeniyetmələr - Oğlanlar arasında qızlar da az deyil - STATİSTİKA

Azərbaycanda cinayət edən yeniyetmələr - Oğlanlar arasında qızlar da az deyil - STATİSTİKA

Aktual

16 İyul 2015, 15:46

Dövlət Statistika Komitəsi Modern.az saytının yazılı sorğusunu cavablandırıb.

Sorgumuz cinayət törətmiş 18 yaşına çatmamış şəxslərin sayı və son 5 ilin statistik göstəricisi, həmçinin cinayət törədən yeniyetmələr arasında üstünlüyü daha çox oğlanlar, yoxsa qızların təşkil etməsi ilə bağlı idi.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rafael Süleymanov Modern.az-a bildirib ki, cinayət törədən yeniyetmələr arasında üstünlüyü oğlanlar (95-98 faiz arasında, 5 ildə)  təşkil edir:

“14-18 yaşadək yeniyetmələr 2010-cu ildə 439, 2011-ci ildə 475, 2012-ci ildə 490, 2013-cü ildə 514, 2014-cü ildə 481 cinayət törədib.

Bundan əlavə, cinayət törətmiş 14-18 yaşadək yeniyetmələrin sosial-demoqrafik əlamətlərinə görə bölgüsü belədir.

2010-cu ildə 439 cinayətin 414-nü oğlan, 25-ni qız törədib;

2011-ci ildə 475 cinayətin 460-nı oğlan, 15-ni qız törədib;

2012-ci ildə 490 cinayətin 472-si oğlan, 18-i qız törədib;

2013-cü ildə 514 cinayətin 504-ü oğlan, 10-u qız törədib;

2014-cü ildə 481 cinayətin 465-in oğlan, 16-n qızlar törədib”.

Yeganə OQTAYQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü