Modern.az

700 bal toplayan abituriyentlər Modern.az-a DANIŞDILAR: “Qızıl medal almadıq, amma..”

700 bal toplayan abituriyentlər Modern.az-a DANIŞDILAR: “Qızıl medal almadıq, amma..”

Mədəni̇yyət

16 İyul 2015, 17:05

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələrini açıqlayıb. TQDK-dan Modern.az saytına verilən məlumata görə, imtahan nəticələrinə əsasən 9 nəfər 700 bal toplayıb.

700 bal toplayanlardan 7 nəfəri I qrupun, 2 nəfəri IV qrupun abituriyentləridir.

Modern.az saytı onları axtarıb tapdı, danışdırdı…

I qrup üzrə 700 bal toplayan abituriyentlərdən biri Nihad Abbasovdur. Sumqaylt şəhərində yerləşən Qubadlı rayon Aşağı Mollu kənd orta məktəbinin məzunu olan Nihad sınaq imtahanlarında da yüksək nəticə göstərdiyini deyir. Qəbul imtahanlarına repetitor yanında hazırlaşan Nihad sınaqlarda 650-dən çox bal toplayıb.

“Keçən il “Araz kursları”na getmişəm, bu ildən isə repetitorla hazırlaşmışam. Anam kimya müəlliməsi olduğu üçün isə bu fəndən hazırlığıma o özü nəzarət edib. İNEPO, “Sabahın alimləri”, ingilis dili olimpiadalarında iştirak etmişəm. Qızıl və gümüş medala layiq görülməsəm də, 11-ci sinfi fərqlənmə attestatı ilə bitirmişəm”.

N.Abbasov Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi fakültəsinə sənəd vermək istədiyini qeyd edib.

***

IV qrup üzrə 700 bal toplayan abituriyent Asya Mahmudova Zaqatala rayonun Əliabad kəndindəndir. İmtahanlara 3 il Zaqataladakı “Modern” kurslarında hazırlaşan Asya sınaqlarda bir neçə dəfə 700 bal topladığını qeyd edib.

“11 illiyi fərqlənmə ilə bitirmişəm, amma qızıl və ya gümüş medala namizədliyimi verməmişəm. Sənədlərimi Tibb Universitetinə verəcəm, amma fakultəni hələ seçməmişəm”.

***


I qrup üzrə 700 bal toplayan digər abituriyent Teymur İsmixanov 1-ci sinifdən 8-ci sinfə kimi Yasamal rayonundakı 38 saylı məktəbdə oxuyub:

“9, 10 və 11-ci sinifləri Bakı Türk Liseyində oxumuşam. Liseydə 11-ci sinifdə yalnız 1 ilik hazırlıq kursu keçmişəm. Sınaqlarda 680 bal toplayırdım. Amma 700 bal toplamamışdım. Kompüter mühəndisi olmaq istəyirəm. Yəqin ki, sənədlərimi ADA Universitetinə verəcəm. Qəbul imtahanı rahat olduğu üçün heç bir problem olmadı. Demək olar ki, suallar sınaqdan daha çox asan idi”. 

Aytən  ZƏHRA
Sevinc Yasinqızı

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır