Modern.az

Baş nazir getdi, kabineti qaldı

Baş nazir getdi, kabineti qaldı

12 Sentyabr 2015, 22:58

Misir hökuməti baş nazir İbrahim Məhləb ilə birlikdə istefaya gedib. Məhləb istefasını ölkə prezidenti Əbdül Fəttah əs-Sisiyə təqdim edib.  

Xarici KİV-ə istinad edən Modern.az xəbər verir ki, istefanı qəbul edən Sisi yeni hökumət qurulana kimi köhnə kabinetin vəzifələrinin icrasına davam etməsini istəyib. 

İstefadan öncə ölkənin kənd təsərrüfatı naziri Sələh Hilal korrupsiya ittihamı ilə həbs edilmişdi.

Xatırladaq ki, bir neçə ay öncə Hüsni Mübarəkin rəhbərliyi dövründə baş nazir vəzifəsində çalışmış Əhməd Nazifi məhkəmə tərəfindən 5 il müddətinə azadlıqdan məhrum edilib.

Modern.az
 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü