Modern.az

Ruhanidən AÇIQLAMA: “Düşmən münasibətləri azaldırıq”

Ruhanidən AÇIQLAMA: “Düşmən münasibətləri azaldırıq”

21 Sentyabr 2015, 09:32


ABŞ və İran nüvə proqramı üzrə yekun sazişin imzalanmasından sonra qarşlıqlı əlaqələrdə düşmənçiliyin azaldılması üçün ilk addımları atıb.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, bunu CBS telekanalına İran prezidenti Həsən Ruhani bildirib.  

“Biz bu istiqamətdə fəaliyyətimizi davam etdiririk.Biz düşmənçiliyin və qərəzin dərəcəsinin azaldılmasına tərəf gedirikmi? Mən hesab edirəm ki, biz düşmən münasibətlərin azaldılmasına tərəf ilk təşəbbüsləri göstərmişik”,-deyə Həsən Ruhani söyləyib.  

Onun sözlərinə görə İranın nüvə proqramına dair əldə olunmuş razılığa baxmayaraq, tərəflər arasında hələ də fikir ayrılıqları mövcuddur. 

Prezident ölkəsinin parlamentinin İranla “altılıq” ölkələri ilə (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü + Almaniya) arasında əldə edilmiş razılaşmanı təsdiq edəcəyinə əminliyini də ifadə edib.  

“İctimai rəy sorğularına görə, bizim insanlarımızın əksəriyəti bu razılaşmanı müsbət qiymətləndirirlər. Ölkənin parlamenti də bu rəylərdən uzaq deyil”.  

Qeyd edək ki, bu ilin iyulunda Vyanada İranla “altılıq” ölkələri arasında rəsmi Tehranın nüvə siyasətinə dair yekun saziş imzalanıb.  

Razılaşmaya görə İran nüvə proqramını məhdudlaşdırmalı və buna adekvat olaraq Qərb Tehrana qarşı sanksiyaları aradan qaldırmalıdır.

Aqşin Kərimov  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü