Modern.az

ABŞ prezidentliyinə namizəd: “Müsəlman prezidentimiz olmamalıdır”

ABŞ prezidentliyinə namizəd: “Müsəlman prezidentimiz olmamalıdır”

Dünya

21 Sentyabr 2015, 14:17


Respublikaçılar Partiyasından Amerika prezidentliyinə namizədliyini irəli sürən neyrocərrah və yazıçı Ben Karson ksenofob çıxışı ilə gündəmə gəlib. Modern.az xəbər verir ki, NBC telekanalına müsahibəsi zamanı Ben Karson İslam dininin dəyər və prinsiplərinin ABŞ Konstitusiyası ilə fərqli aspektlərə malik olması səbəbindən ölkəsinə müsəlman prezidentin rəhbərlik etməsini istəmədiyini deyib:

“Əgər din ABŞ dəyərləti ilə ziddiyətdə deyilsə, hər şey yaxşıdır. Düşünmürəm ki, İslam dini ABŞ Konstitusiyası ilə üst-üstə düşür. ABŞ prezidentinin müsəlman olmasını heç vaxt dəstəkləməzdim. Mən bununla razılşamazdım”.

Ben Karsonun qalmaqallı sözləri ABŞ-dakı müsəlam icmasının ciddi etirazlarına səbəb olub.

63 yaşlı Ben Karson dünyada ilk dəfə “siam əkiz”lərini ayıran cərrah kimi tanınır. Cərrahiyyədəki xidmətlərinə görə 2008-ci ildə ABŞ-ın ən yüksək mükafatı olan “Prezidentin Azadlıq Medal” ilə tətlif olunub.

Vüqar İsmayılov  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü