Modern.az

Dünyanın ruhi xəstəlikdən əziyyət çəkən 20 dahisi - MARAQLI

Dünyanın ruhi xəstəlikdən əziyyət çəkən 20 dahisi - MARAQLI

Ədəbi̇yyat

26 Sentyabr 2015, 15:31


Ədəbiyyat və müəlliflərin ruhi vəziyyəti tez-tez müzakirə edilən məsələlərdəndir. Bəzi fikirlərə görə, yazıçıların sahib olduqları ruhi problemlər onların yaradıcılığına təkan verir, hətta yaradıcılıq və dahi ilə dəliliyin birbaşa açıqlanmaz yaxınlıqlarının olduğu irəli sürülür. Bu vəziyyət hələ elm tərəfindən işıqlandırılmamış olsa belə, yazıçıların və mütəfəkkirlərin mürəkkəb ruhi vəziyyətlər içində olduğu, cəmiyyət ilə uyğunsuzluqlar yaşadığı və bir çoxunun ciddi mental narahatlıqlarla dalaşdığı isə bir faktdır.

Modern.az
saytı bəzən intihar ilə nəticələnəcək qədərciddi ruhi xəstəliklərə malik yazıçı, mütəfəkkir və şairlərin kimliyini təqdim edir.

1. Fyodor Mixailoviç Dostoyevski - Dünya şöhrətli rus yazıçısı Fyodor Dostoyevski, epilepsiya xəstəsi olub. Bununla bağlı bir sıra problemlər yaşayırdı. Freydə görə, isterik nevrozdan əziyyət çəkirdi. Bununla bərabər o, ömrü boyu davam edən depressiya və həyatının bir hissəsində özünə çox təsir edən qumar asılılığı yaşayıb.

2. Fridrix Vilhelm Nitsşe - Dahi Alman filosofu Fridrix Vilhelm Nitsşe sifilisə yaxalanıb. Xəstəlik irəlilədikcə ruhi sağlamlığı da pisləşməyə başlayıb. Çox güclü depressiya və intihar meyliylə yaşayıb. Sonunda tamamilə əqli tarazlığını itirib.

3. Sören Kirkeqoor - Danimarkalı dahi filosof və yazıçı Sören Kierkegaard eynilə atası kimi depressiyadan əziyyət çəkirdi.

4. Lev Nikolayeviç Tolstoy - dünya şöhrətli rus yazıçısı Lev Tolstoyun psixoloji durumu da yaşı irəlilədikcə pisləşib. Özünü depressiya pəncəsində tapıb. Varlı adam olmasına baxmayaraq,  getdikcə bir guşənişin həyatını seçib. Eyni zamanda ədəbi nailiyyəti özündə bir kiçik problemə çevrilib. İntihar etmək üçün cəsarəti olmaması səbəbiylə də özünü tənqid edib. Ölümünə az qalmış evdən qaçıb və arvadını tərk edib. 10 gün sonra da bir qatar stansiyasında ölüb.

5. Edqar Allan Po - Usta yazıçı Edqar Allan Po həyatı boyu depressiya ilə mübarizə aparıb. Həmçinin, 13 yaşlı əmisi qızı ilə evlilik də müəllifin ruhi dünyası ilə bağlı bizlərə ipucu verə bilər.

6. Uilyam Bleyk - Uilyam Blayk yazıçı, şair və sənətkar olaraq yaradıcılığını böyük ölçüdə gördüyü illüzyalara borclu idi.

7. Çarlz Dikkens - Məşhur ingilis yazıçı və tənqidçi Çarlz Dickens, bəzi psixologiya mütəxəssisləri və tərcümeyı-hal yazıçılarının fikirlərinə görə. depressiya və bipolar pozğunluq yaşayırdı.

8. Şarl Bodler - XIX əsr fransız ədəbiyyatının böyük adı Bodler bütün həyatı boyu sistemə uyğun olmayan həyat sürüb və bohem bir yaşam tərzini seçib. Yaxalandığı sifilis xəstəliyinin də təsiri ilə ruhi sağlamlığı getdikcə pozulub.

9. Mark Tven - Tom "Soyyerin macəraları" və "Huçleberri Fininin macəraları" kimi məşhur kitabların müəllifi Mark Tven, bütün ömrü boyu depressiv, sevincsiz və kədərli bir həyat davam etdirib.

10. Virciniya Vulf - Məşhur ingilis yazıçısı Virciniya Vulf son romanı bitirdikdən sonra ciddi depressiyaya girib. İkinci Dünya Müharibəsinin da təsirilə 1941-ci ildə, ciblərini daşlarla doldurub və evinin yaxınlığındakı Ouse çayına doğru gedib. Özünü suya adıb və boğularaq həyatını itirib.

11. Cek London - Tarixin ilk "milyonçu" müəllifi olan Cek London bipolar pozuntusunun pəncəsindəydi və bunun da təsiri ilə intihara cəhd göstərib. Sakit okeanda qayıqla etdiyi bir səyahət zamanı tropik xəstəliyə yaxalanıb. Bu xəstəliyi öz ağlına görə müalicə etmək üçün özünün hazırladığı, içində tiryək, heroin, civə və s. kimi kimyəvi maddələrin olduğu qarışığı bir müddət özünə yeridib. Bu, onun böyrəklərinin çökməsinə yol açıb.

12. Franz Kafka - Modernist ədəbiyyatın vunderkindi Kafka sosial qorxu və depressiyadan əziyyət çəkən yalnız bir adam idi. Praqada, dövlətə məxsus bir sığorta şirkətində çalışırdı. Bu onun üzərində bürokratiyanın və ümumiyyətlə həyatın mənasız olduğu duyğusunu oyadıb. Miqren, stress, yuxusuzluq kimi sıxıntılarının yanına, necə deyərlər dərddən xərçəng də əlavə olunub. 40 yaşında həyatını itirib.

13. Henri Ceyms - Henri Ceyms bir çox ədəbiyyat tənqidçi və psixoloqa görə, seks fobiyası  yaşayırdı və bütün həyatını bu səbəbdən subay keçirdi.

14. Ernest Heminquey - Amerikalı yazıçı Ernest Heminquey son dərəcə qeyri-adi ömür sürüb. Həyatı boyu da depressiya, paranoya və alkoqolizmdən xilas ola bilmədi. Həyatını da qeyri-adi formada başa vurdu: Ov tüfəngiylə intihar etdi.

15. Ezra Paund - XX əsrin ABŞ ədəbiyyatı üçün ən vacib fiqurlarından olan Ezra Paund şair, tənqidçi və məqalə müəllifi kimi mühüm əsərlər yaradıb. 1945-ci ildə "vətənə xəyanət" səbəbilə həbs olunduqdan sonra, ruhi xəstəxanaya yerləşdirilib. 13 il qaldığı bu xəstəxanada özünə narsisistik "şəxsiyyət pozğunluğu" diaqnozu qoyulub. Həyatında sonrakı illərdə isə şizofreniya təhşisi ilə qarşılaşdı.

16. Uilyam Folkner - Nobel Mükafatı sahibi Uilyam Folkner depressiya və alkoqolizm ilə mübarizə etmək məcburiyyətində qalıb.

17. Mişel Fuko - Fransız filosofu Mişel Fuko homoseksualığa bu günlə müqayisədə daha da sərt yanaşıldığı illərdə homoseksual olması və bununla bağlı yazması/ düşünməsi səbəblərdən depressiya yaşamışdır.

18. Silviya Plath - Amerikalı şair və yazıçı Silviya Plath, qısa ömrü boyu mental narahatlıqlarla boğuşub. Davranışları çevrəsi tərəfindən irrasional olaraq görülürdü. Həyatı boyu antidepressantlar istifadə etməyə məcbur olub. 1950-ci ildə təqaüdlə girdiyi Smit Collegedeki ikinci ilində ilk intihar cəhdini həyata keçirib və bunun nəticəsində ruhi xəstəxanaya aparılıb. 1955-ci ildə Smit kolleci yaxşı dərəcə ilə bitirib. 1963-cü ildə ikinci mərtəbədəki otaqlarında yatmaqda olan uşaqlarının yanına süd və kökə qoyduqdan sonra, otaqlarının qapısını içəri qaz girməyəcəyinə əmin olacaq şəkildə bantla bağlayıb və başını sobanın içinə soxaraq intihar edib.

19. Kurt Vonnegut - Kurt Vonnegutun anası o, hələ 22 yaşında olarkən intihar edib və bu yazıçının həyatını ciddi şəkildə sarsıdıb. 1984-cü ildə öz intihar cəhdindən isə xilas olub.

20. Paulo Koelyo - gənc ana və atası tərəfindən üç dəfə ruhi xəstəxanaya göndərilib. Məktəbdə təcrid olunmuş və bədbəxt olduğu söylənilir. Koelyo ailəsinə və həkimlərinə dəli olmadığını,  yalnız yazıçı olmaq istədiyini bildirirdi. Ancaq o zaman ətrafındakı heç kim bunu anlamadı. Aylarla xəstəxanada qaldı. Ona sakitləşdiricilər və elektroşok verərək müalicə tətbiq etməyə çalışdılar. Paulo Koelyo elə o vaxt gələcəkdə bu yaşadıqlarını qələmə almaq qərarına gəldi.

Türkan BƏŞİR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı