Modern.az

Jirinovski Qorbaçovu məhkəməyə verdi

Jirinovski Qorbaçovu məhkəməyə verdi

Dünya

30 Sentyabr 2015, 12:32


Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovu məhkəməyə verib. Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, Moskva şəhər məhkəməsinin qeydə aldığı iddia ərizəsi şərəf və ləyaqətin alçaldılması kateqoriyasına daxildir.

“Moskovskiy Komsomolets” qəzetinin məlumatına görə, Jirinovskinin sovet liderini məhkəməyə verməsinə səbəb Qorbaçovun “Kremldən Sonra” kitabında onun haqda yazdığı ifadələr olub.

Kitabda təhqir olunduğunu iddia edən Jirinovski 1 milyon rubl təzminat tələb edir.

“Kremldən Sonra” kitabı 2014-cü ildə çap olunub. Qorbaçov kitabında SSRİ-nin dağılmasından keçən 20 ili şərh edir və bir neçə yerdə Jirinovski barədə fikirlərini bölüşür.

Vüqar İsmayılov 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü