Modern.az

Merkel Putinlə Poroşenkonu salamlaşmağa MƏCBUR ETDİ

Merkel Putinlə Poroşenkonu salamlaşmağa MƏCBUR ETDİ

3 Oktyabr 2015, 09:52

Ötən gün Parisdə “Normand dördlüyü” formatında (Fransa, Almaniya, Rusiya, Ukrayna) liderlərin baş tutan görüşü heç bir bəyanat qəbul olunmadan yekunlaşıb.

Modern.az saytı xarici KİV-ə istinadla xəbər verir ki, Ukrayna böhranının həlli ilə əlaqədar bir araya gələn prezidentlər və Almaniya kanslerinin apardığı danışıqlar 5 saatdan artıq davam edib.

Görüşdən sonra Rusiya prezidenti Vladimir Putin və Ukrayna dövlət başçısı Pyotr Poroşenko Yelisey sarayını tərk ediblər. Hər iki prezident müzakirələrin nəticələri barədə jurnalistlərin suallarını cavablandırmaqdan imtina ediblər.  

Almaniya kansleri Angela Merkel bildirib ki, müzakirə iştirakçıları arasında razılığın əldə edilməsi mümkün idi.

“Biz bir-birimizdlə konkret danışa bilirdik. Bu isə bütövlükdə pozitiv bir tendensiyadır. Mən artıq eşidirdim ki, tərəflər yaxınlaşmağa doğru gedir. Bu gün ona görə əhəmiyyətli idi ki, biz müxtəlif addımları intensiv şəkildə müzakirə edirdik. Lakin onların yerinə yetirilməsinə sonra baxmaq lazım olacaq”,-deyə Merkel qeyd edib.  

Fransa rəhbəri Fransua Olland isə deyib ki, Ukraynada hazırda atəşkəs rejiminə riayət edilir. Onun sözlərinə görə tərəflər Ukraynanın şərqindəki təhlükəsizlik məsələlərini müzakirə ediblər.  

“Görüş iştirakçıları ümid edirlər ki, 3 oktaybrdan etibarən Ukraynanın şərqindəki təmas xəttində yalnız kalibri 100 mm-dən az olan silahları yerləşdiriləcək. Biz bununla Ukraynanın şərqindəki təhlükəsizlik problemlərini müzakirə etdik. İstəyirik ki, yüngül silahlandırma barədə daha əvvəl əldə edilmiş razılığın reallaşdırılmasına başlanılsın”.  

Olland əlavə edib ki, danışıqların nəticəsinə görə, “Normand dördlüyü”nün bu ilin fevral ayında əldə etdiyi atəşkəs razılaşmanın müddəti uzadılacaq.  

Bu arada Yelisey sarayındakı diskussiyalarla bağlı Kremldən də açıqlama verilib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Parisdəki müzakirələr həqiqətən də konstruktiv olub.

Bildirək ki, “Normand dördlüyü”nün müzakirələri zamanı Fransua Olland özünün “İnstargam” səhifəsində Putinlə Poroşenkonun bir-birininin əlini sıxmasını əks etdirən video yerləşdirib.  

“Angela Merkel, Vladimir Putin və Pyotr Poroşenko ilə Ukraynadakı situasiyanı müzakirə edirik”-,deyə o yazıb.  

Həmin videonu təqdim edirik:   



Aqşin Kərimov
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü