İranın dini lideri Ayətulla Xameneyi İslam Respublikasına ABŞ-la danışıqları qadağan etdi. Modern.az bildirir ki, bu haqda “The Wall Street Journal” yazıb.
“ABŞ-la danışıqlar onların siyasət, iqtisadiyyat, mədəniyyət və təhlükəsizlik sahəsinə təsiri üçün qapı açır. Hətta nüvə proqramı ilə bağlı danışıqlar zamanı onlar bizim milli maraqlarımıza xələl gətirməyə cəhd ediblər”, - saytda ayətullanın bu sözlərinə yer verilib.
İran prezidenti Həsən Ruhani isə elan edib ki, ölkə hökuməti Suriya münaqişəsinin nizamlanması məqsədilə ABŞ-la danışıqlara hazırdır.
Bundan əvvəl isə Ruhani bəyan etmişdi ki, İranın nüvə proqramı ilə bağlı ABŞ-la danışıqlar davam etdirilməyəcək, ancaq birbaşa qadağa ilə bağlı eyham vurmayıb.
Modern.az