“Əl-Qaidə” qruplaşmasının Suriyadakı filialı olan “Əl Nüsrə Cəbhəsi” qruplaşması Rusiyanın bölgədə Bəşər Əsəd hakimiyyətini qorumaq üçün başlatdığı hava hücumu əməliyyatına görə hədələyib və rus dilində videomüraciət ünvanlayıb.
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, videoda “Əl-Qaidə”nin 24 yaşlı səhra komandiri Əbu Übeyd əl-Madani və 24 yaşlı təlimatçısı Rafiq Əbu Mustafa çıxış edir.
Terrorçular Bəşər Əsədi “Allahın düşməni" adlandırırlar və onu müdafiə edən rus qoşunları ilə döyüşməkdən çəkinmədiklərini deyirlər:Mücahidlər Suriyaya gələn rusiyalı əsgərlərin yalınz tabutda bu torpaqları tərk edəcəklərinə söz verirlər. “Sizin övladlarınız Suriyadan tabutda qayıdacaq”, - deyə 2 dəqiqəlik videoda mücahidlər vurğulayırlar.
Sentyabrın 30-dan Rusiya hərbi hava qüvvələri Suriyada vuruşan terrorçu qruplaşmaların mövqelərinə havadan zərbələr endirir.