Modern.az

Putin: “İŞİD-in sıralarında Rusiya və MDB-dən 7 min silahlı vuruşur”

 Putin: “İŞİD-in sıralarında Rusiya və MDB-dən 7 min silahlı vuruşur”

Dünya

16 Oktyabr 2015, 12:40

MDB-nin Qazaxıstanda keçirilən iclasında Rusiya prezidenti Vladimir Putin beynəlxalq terrorizm mövzusuna toxunub.

 Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya prezidenti İraq-Şam İslam Dövləti (İŞİD) qruplaşmasının sıralarında Rusiya və MDB ölkələrindən olan 7 min silahlının vuruşduğunu deyib:

“MDB çərçivəsində beynəlxalq terrorizmə qarşı mübarizə fəaliyyəti aktivləşib. Müxtəlif məlumatlara görə, İŞİD qruplaşmasının sıralarında Rusiya və MDB-dən olan 5-7 min arasında döyüşçü vuruşur. Əlbəttə, biz onlara Suriyada aldıqları təcrübəni evlərimizdə tətbiq etməyə imkan verməyəcəyik”.

İclasın sonunda MDB dövlət başçılarının beynəlxalq terrorizmə qarşı birgə bəyannaməsi qəbul olunub

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü