Modern.az

Yoxsul olduğu üçün lağ edilən gənc intihar edib

Yoxsul olduğu üçün lağ edilən gənc intihar edib

16 Oktyabr 2015, 22:26

Yoxsul olduğu üçün lağ edilən 14 yaşlı Ashleigh Boves özünü öldürüb. Modern.az xarici mediaya istinadən bildirir ki, Böyük Britaniyada yoxsul olduğu üçün lağ edilən Ashleigh Boves adlı gəncin meyiti otağında tapılıb. Gəncin məktəb yoldaşları tərəfindən depressiyaya düşürüldüyü, qida qəbul etmə pozğunluğu yaşaması və yoxsul olması səbəbindən hədəf alındığı bildirilir.

Bovesun intihar üsullarını izah edən internet saytlarını araşdırdığı və dərman istifadə edərək intihar etdiyi bildirilərkən, otağında qoyduğu məktubda “Anlayacaqsınız hesab edirəm. Buna dözə bilmirəm”, - yazdığı bildirilir.

“Biz yoxsuluq. Sizin kimi böyük markalara sahib ola bilmərik” yazan gənc “Bunda lağ ediləcək bir şey yoxdur. Sözlər öldürür”, - deyərək dostlarına mesaj göndərib.

Bovesun intihar etmədən əvvəl anasını öpdüyü və yatağına getdiyi bildirilir. Ailəsi qızlarında intihar edəcəyinə dair bir əlamət hiss etmədiklərini deyiblər. 

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü