Bu gündən etibarən Macarıstan Xorvatiya ilə sərhədini bağlayır. Modern. az xarici mediaya istinadən bildirir ki, qərar ölkənin Milli Təhlükəsizlik Şurasının iclasında qəbul edilib.
Macarıstan xarici işlər naziri Peter Siyarto bildirib ki, qərar haqqında artıq Xorvatiya, Sloveniya, Polşa, Slovakiya, Avstriya və Almaniyaya xəbərdarlıq edilib. Bundan sonra sərhəddə iki tranzit zonası yaradılacaq. Qaçqın kimi sığınacaq almaq istəyən miqrantlar ərizə əsasında müraciət etməli olacaq.
Qeyd edək ki, sərhədin yerli vaxtla saat 02:00-da bağlanacağı bəyan edilib.
Modern. az