Modern.az

ABŞ İŞİD-lə mübarizədə itki verdi

ABŞ İŞİD-lə mübarizədə itki verdi

23 Oktyabr 2015, 01:12

İraqda 70 girovun azad edilməsi istiqamətində aparılan əməliyyat zamanı Amerika hərbçisi həlak olub.

Modern.az "Report"-a istinadən bildirir ki, bu barədə iki hakimiyyət nümayəndəsi CNN telekanalına məlumat yayıb.

 Telekanalın süjetində bildirilir ki, bu, "İraq-Şam İslam Dövləti" terror qruplaşması (İŞİD) ilə mübarizədə ölən ilk amerikalıdır.

Həyata keçirilən əməliyyat zamanı girovların hamısını azad etmək mümkün olub. Mənbənin məlumatına görə, əməliyyatda ABŞ hərbçiləri ilə yanaşı, kürd və iraqlı əsgərlər də iştirak edib. Əməliyyat İraqın şimalında yerləşən Xoica şəhərində aparılıb.  

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü