Modern.az

Fırıldaqçı biznesmen həbs olundu

Fırıldaqçı biznesmen həbs olundu

Dünya

3 Noyabr 2015, 12:37


Rusiya polisi 4 il ərznidə xarici ölkələrə 46 milyard dollar vəsait çıxaran biznesmen Aleksandr Qriqoryevi həbs edib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, müflis olan bir neçə bankın – “Zapadnıy”, “Doninvest”, “Rusiya Torpaq Bankı”və digər kommersiya strukturlarının həmsahibi olub.

Aleksandr Qriqoryev ötən gün Yeni Arbatdakı “Sfera” restoranında iqtisadi təhlükəsizlik və korrupsiya ilə mübarizə idarəsi tərəfindən saxlanılıb.

O, “Doninvest” bankının hesablarından 1 milyard rubl (15,6 milyon dollar) vəsait çıxarmaqda və Krımda obyektlərin alqı-satqısı ilə bağlı 150 milyon rubl məbləğində saxta sənədlər imzalamaqda ittiham olunur.  

Aleksandr Qriqoryevin zaminə buraxılması üçün 1,9 milyon dollar girov ödməyə hazır olduğunu desə də, məhkəmə onu həbsdə saxlamaq barədə qərar verib.

Rusiya istintaqçılarının məlumatına görə, biznesmen 500-dən artıq üzvü və 60-a qədər bankın daxil olduğu fırıldaqçılıqla məşğul olan mütəşəkkil cinayətkar dəstənin üzvü olub.  

Rusiya Mərkəzi Bankının məlumatına görə, dəstə üzvləri son 4 ildə ölkə ərazisindən 46 milyard dollar valyutanı qanunsuz yolla xarici hesablara və ofşor şirkətlərə köçürüblər.    

Vüqar İsmayılov   

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü