Modern.az

"İran heç bir halda ABŞ-la əməkdaşlıq etməyəcək"

"İran heç bir halda ABŞ-la əməkdaşlıq etməyəcək"

Dünya

4 Noyabr 2015, 20:30

 İran İŞİD-ə qarşı birgə mübarizə aparmaq üçün ABŞ-la əməkdaşlıq etməyəcək.

  Modern.az  Axar.az-a  istinadən xəbər verir ki, bu sözləri İranın Ali dini lideri Ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vəlayəti deyib.   

Dini liderin sözlərinə görə, ölkəsi istər birbaşa, istərsə də dolayı yolla ABŞ-la müttəfiq olmayacaq.   

Vəlayəti həmçinin qeyd edib ki, beynəlxalq arenada İran tərəfindən atılacaq hər bir addım ilk öncə sadə xalqla müzakirə olunacaq və birgə qərarlar qəbul ediləcək.   

Modern. az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı