Modern.az

Həbsxanada restoran açıldı

Həbsxanada restoran açıldı

Dünya

4 Noyabr 2015, 21:05

İtaliyanın Milan şəhərindəki Bollate həbsxanasında InGalera restoranı açılıb. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, restoranın işlədilməsi məhbuslara həvalə olunub.

  Ofisiantlarının da məhbuslar olduğu həbsxanadakı restoranı işlədəcək komandaya iki şef-aşpaz da dəvət edilib. Ofisiant yalnız zərərli vərdişləri və alkoqollu içkilərdən asılılığı olmayan məhbuslar işləyə biləcəklər.   

Həbsxananın direktoru Massimo Parizi qeyd edib ki, restoranın missiyası məhkumlara cəmiyyətlə ünsiyyət üçün şans verməkdir: “Ümid edirəm ki, burada cəza çəkənlər azadlığa çıxanda bir daha cinayət törətməyəcəklər”.  

  Burada yeməklərin orta qiyməti 12 avro təşkil edir.   

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var