Modern.az

Ukrayna parlamenti Krım tatarlarının deportasiyasını soyqırımı kimi tanıdı

Ukrayna parlamenti Krım tatarlarının deportasiyasını soyqırımı kimi tanıdı

Dünya

12 Noyabr 2015, 16:45


Ukrayna Ali Radası 1944-cü ildə Krım tatarlarının Orta Asiyaya deportasiyasını soyqırımı kimi tanıyıb.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, qanun layihəsinin lehinə 245 deputat səs verib.  

Bundan başqa, deportasiyanın gerçəkləşməyə başlanıldığı 18 may günü Ukraynada “Krım tatarlarının soyqırımı” günü kimi ölkə təqviminə salınıb. 

1944-cü ildə Sovet “NKVD”-sinin Stalinin göstərişi ilə gerçəkləşdiyi zorakı deportasiya 300 min Krım tatarının doğma yurd-yuvalarından qovulması ilə nəticələnmişdi.  

Vüqar İsmayılov        

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü