Modern.az

Dünyanın ən uzun və ən qısaboylu qızları bu ölkələrdədir - SİYAHI

Dünyanın ən uzun və ən qısaboylu qızları bu ölkələrdədir - SİYAHI

1 Dekabr 2015, 14:13


Qadını cazibədar edən özəlliklərindən biri də uzun boylu olmasıdır. Boyun uzun olması bəzən fərdi fizioloji imkanlarla ölçülsə də, coğrafi amil də burada əsas rol oynayır. Məsələn, Skandinaviya və Baltikyanı ölkələrin coğrafiyasında doğulan və orada böyüyən qızlar genetik olaraq uzun boylara sahib olurlar. Uzaq Şərq və Qərbi Afrika ölkələrinin xanımları isə bəstə boylara malikdirlər.

Modern.az saytının təqdim etdiyi bu yazıda dünyanın ən uzun və ən qısaboylu qızları olan ölkələrdən bəhs olunur. Qeyd edək ki, ölkələrə aid olan rəqəmlər orta boy həddinin göstəricisidir:

Dünyanın ən uzunboylu xanımları Hollandiyadadır. “Zanbaqlar ölkəsi”ndə   qızların orta boy həddi 170 sm-dir ki, bu da bəzi ölkələrdəki kişilərin boyundan da çoxdur. Hollandiya ilə birlikdə “Benelüks” üçlüyünü tamamlayan Belçika və Lüksemburqda qadınların boy həddi 165 sm-dir. Bu göstərici iki ölkəni hündürboylu qızlar ölkəsi kimi tanıda bilir.

İslandiya xanımları da holland qızlarından çox az geri qalır. Dünyanın ən uzun boylu xanımlarının yaşadığı ölkələrdən olan İslandiyada zərif cinsin orta boy həddi 168 sm-dir.

Çexiyadakı xanımların ortaq boy göstəricisi 167 sm-dir. Həmçinin Norveç və İsveç kimi Skandinaviya ölkələrində də boy həddi 167 sm-dir. Bunlara qonşu olan Finlandiya, Danimarkada isə göstərici 165 sm-dir.  “Toxunulmaz ölkə” statusu daşıyan və hər adamın yaşamaq istədiyin İsveçrə xanımlarının ort boy həddi 164-smdir.

Macarıstandakı zərif cins nümayəndələri boylarına görə Avropanın bir çox ölkələrini qabaqlayırlar - 166 sm. 

Bir-birinə qonşu olan Okeaniya ölkələri Avstraliya və Yeni Zellandiyada uzunboylu xanımlar yaşayır. Buradakı xanımların ortaq boy göstəricisi 165 sm-dir.

Adlarını sadaladığımız ölkələr dünyada ən uzun boylu qızların yaşadığı ölkələrdir. Bu siyahıya təbii ki, Rusiya və Pribaltika ölkələri də əlavə edilməlidir.
Polşa, Litva, Latviya, Rusiya, Belarusda xanımların boy həddi 164-166 sm arasındadır.

Dünyanın ən bəstəboylu xanımları isə Qvatamelada yaşayır. Burada orta boy nümunəsi cəmi 142 sm-dir. İndoneziyada da qızların boyu qısadır. Burada göstərici 150 sm-dir. Ən çox əhaliyə malik Çində qadınların orta boy həddi 154 sm-dir. Hindistanlı xanımlarının göstəricisi isə 154 sm-dir. Ən bəstəboy qızların yaşadığı başqa ölkələr isə aşağıdakılardı:

Bəhreyn (155 sm), Malayziya (153 sm), Filippin (152), Malavi, Yaponiya, Kanada (155 sm).

Elmin NURİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü