Modern.az

Türkiyədə Hüsnü Mübarəkin assistentinin meyiti tapıldı

Türkiyədə Hüsnü Mübarəkin assistentinin meyiti tapıldı

Dünya

4 Dekabr 2015, 11:54


Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin assistenti, 43 yaşlı Ayşegül Abık bu ölkədə baş verən inqilabın ardından Türkiyəyə gələrək Bursaya yerləşib.

Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Abıkın 47 yaşlı bacısı İ. T. onu cib telefonu ilə axtarsa da əlaqə saxlaya bilməyib. Bundan sonra Osmanqazi mahalındakı evə gələn bacısı qapını çilingərlə açdırıb.

İçəriyə girən İ. T. bacısının yataq otağında hərəkətsiz şəkildə yatdığını görüncə polis və 112 Təcili Xidmət qruplarına xəbər verib. Hadisə yerinə gələn sağlamlıq qrupları Abıkın həyatını itirdiyini müəyyən ediblər.

Abıkın depressiya dərmanı istifadə etdiyi öyrənilib. Hadisə ilə bağlı istintaq başlayıb.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü