Modern.az

İŞİD hansı ölkənin silahlarından istifadə edir - SİYAHI

 İŞİD hansı ölkənin silahlarından istifadə edir  - SİYAHI

8 Dekabr 2015, 22:01

 

Beynəlxalq Amnistiya Təşkilatı yaydığı bir hesabatla terror təşkilatı İraq-Şam İslam Dövlətinin (İŞİD) əlində hansı ölkələrin silahlarının olduğunu açıqlayıb. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, nəzarətsiz silah satışının nələrə yol açdığını İŞİD-in əlində olan silahların göstərdiyini bildirən Beynəlxalq Amnistiya Təşkilatı silah ixrac edən ölkələrin terror səbəbi ilə ölən insanlara görə cavabdeh olduqlarını qeyd edib.

İŞID-in əlində 25 fərqli ölkədən silah olduğuna diqqət çəkilən hesabatda, bunlar arasında Birləşmiş Millətlər Təşkilatının daimi üzvü olan beş ölkənin də yer aldığı bildirilir.

Hesabatda İŞİD-in istifadə etdiyi hücum silahları arasında Almaniya, ABŞ, Belçika, Rusiya və Çin istehsalı olan avtomatların olduğuna yer verilərkən, Almaniyanın  “Tagesspiegel” qəzeti bu ölkənin G36 tipi silahlarının İŞİD-in istifadə etdiyi silahlar arasında olduğunu yazıb.

İŞİD-in bu silahları xüsusilə İraqda ələ keçirdiyi şəhərlərdəki silah anbarlarından təmin etdiyi vurğulanan hesabatda, Mosul, Tikrit, Ramadi, Felluca kimi şəhərlərin bunların arasında olduğu yer alıb.

Silahların 1980-88-ci illər arasında İraq-İran müharibəsi ı başda olmaq üzrə, Körfəz müharibələrindən sonra ABŞ-ın 2011-ci ildə İraqdan çəkilməsi ilə birlikdə İraqda qaldığına diqqəti çəkən Beynəlxalq Amnistiya Təşkilatı silah eksperti Patrik Vilcken, İraqın bu silahları qorumadığı üçün İŞİD-in əlinə keçdiyini vurğulayıb. Bu silahların milyonlarla insanın ölümünə səbəb olduğunu xatırladan Patrik Vilcken, İraqda silah ehtiyatlarının üzərində daha sıx nəzarət edilməsi və Suriya və İraqa silah embarqosu tətbiq edilməsinə çağırıb. ABŞ ordusunun proqnozlarına görə, 2003-cü ildə İraqda 650 min ton sursat olduğuna diqqət çəkilir.  

  Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü