Modern.az

Aydın Mirzəzadə: «YAP-ın parlamentdə fraksiya yaratmasına nə lüzum var..?”

Aydın Mirzəzadə: «YAP-ın parlamentdə fraksiya yaratmasına nə lüzum var..?”

Təhsil

30 Noyabr 2010, 11:33

4-cü çağırış parlamentin ilk iclası Milli Məclisdə (MM) yerlərin çoxluğunu əldə etmiş hakim Yeni Azərbaycan Partiyasının (YAP) 71 nəfərlik deputat qrupunun təşəbbüsü ilə keçirilib. Ancaq onu da qeyd edək ki, indiyə qədər parlamentdə fraksiya kimi fəaliyyət göstərən siyasi qüvvələr yoxdur.
Parlamentin daxili nizamnaməsinə görə isə fraksiya kimi fəaliyyət göstərmək üçün ən azı deputatların beşdə bir hissəsinin, yəni, 25 deputatın iştirakı tələb olunur. Bu baxımdan görəsən, gələcəkdə hakim partiyanın təmsilçiləri özləri parlamentdə rəsmi fraksiya yarada, eyni zamanda, açıq rəqabət mühitini formalaşdırmaq üçün fraksiya yaradılmasından ötrü tələb olunan mövcud say göstəricisinin aşağı endirilməsinə cəhd götərə bilərlərmi?
Bununla bağlı hakim partiyanın parlamentdəki təmsilçisi Aydın Mirzəzadə bildirib ki, baxmayaraq ki, onların parlamentdəki say üstünlüyü YAP-çılar üçün fraksiya yaratmaq hüququ verir, amma YAP fraksiyası hələ parlamentdə yoxdur. Onun sözlərinə görə, partiyanın parlamentdə deputat qrupu var, amma fraksiya kimi onlar digərlərinin olmamasını nəzərə alaraq, fraksiya yaratmayıblar və yaxud bu hüquqlardan istifadə etməyiblər: «O ki qaldı fraksiya yaratmaq üçün tələb olunan say göstəricisinin azaldılmasına, açığını deyim ki, buna lüzum görmürəm. Çünki 3-5 nəfərdən ibarət deputat qrupunun fraksiya adlandırılması bir qədər qəribə gəlir. Fraksiya bir hissə deməkdir və hissədirsə, o böyük hissə olmalıdır, lakin 125 nəfərin 3 nəfərdən ibarət hissəsi yox!»

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü