Modern.az

Keçmiş rusiyalı nazirdən bədbin PROQNOZ

Keçmiş rusiyalı nazirdən bədbin PROQNOZ

Dünya

22 Yanvar 2016, 14:33

 

Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kurdin Davos forumundakı çıxışı zamanı dünya iqtisadiyyatındakı böhrandan danışıb. 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Kudrin neft qiymətlərinin kəskin ucuzlaşmasının gözlənilməz olduğunu və ona görə Rusiya kimi neftdən asılı dövlətlər üçün iqtisadi çətinliyin pik həddinin hələ yetişmədiyini deyib.  

“2016-cı il riskli il olacaq. Nə prezidentin köməkçiləri, nə də mən neftin belə kəskin ucuzlaşmasını gözləmirdik. Bu yeni reallıq yaradıb. Ona görə böhranın piki hələ qarşıdadır”.

Kudrinin fikrincə, neft yaxın vaxtlarda 14-15 dollara düşəcək və qısa müddətdən sonra yenidən bahalaşacaq.    

Vüqar İsmayılov

 
Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü