Modern.az

Putin bu MDB ölkəsinə görə Təhlükəsizlik Şurasının iclasını çağırdı

Putin bu MDB ölkəsinə görə Təhlükəsizlik Şurasının iclasını çağırdı

Dünya

22 Yanvar 2016, 17:15


Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının növbəti iclasını keçirib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, görüş zamanı Moldovadakı siyasi böhran müzakirə olunub. Bu barədə prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov məlumat verib.

“Ölkə daxilindəki sosial-iqtisadi məsələlərlə yanaşı, Moskvadakı siyasi proseslər də iclasın  gündəliyində olub”.

Peskovun sözlərinə görə, Şurada dünya birjalarındakı mövcud vəziyyət də gözdən keçirilib.

Moldovada parlament seçkilərinin nəticələrinə etiraz edən və yeni baş nazirdən narazı qalan kütlə ölkə parlamentinin binasını ələ keçirmişdi.

Vüqar İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var