Modern.az

“Oskar”lı aktyor Corc Kennedi vəfat edib

“Oskar”lı aktyor Corc Kennedi vəfat edib

Dünya

1 Mart 2016, 11:49


Amerikanın tanınmış aktyoru Corc Kennedi 91 yaşında vəfat edib.  

Modern. az xarici KİV-nə istinadən xəbər verir ki, aktyorun nəvəsi Corc Şenkel açıqlamasında babasının bu gün öldüyünü deyib.

“Babam gözəl həyat yaşayıb və bundan sonra onun ruhu rahatlıq tapacaq“- deyə nəvə Corc Şenkel bildirib.

Aktoyrun nəvəsi qeyd edib ki, babası Corc Kennedi həyat yoldaşını bir il bundan öncə itirdikdən sonra vəziyyəti daha da pisləşib və o gündən xəstəxanada qalırmış.

Mərhum aktyor 1968-ci ildə çəkildiyi “Barmaqlıqlar arasında” filminə görə ilin ən yaxşı köməkçi kişi aktyoru nominasiyasına layiq görülüb.

Corc Kennedi ona uğur gətirən 1974-cü ildə “ Zəlzələ ” və 1975-ci ildə isə “ Hava limanı ” filmlərinə də çəkilib.

Mərhum aktyor son dəfə 2014-cü ildə məşhur “Qumarbaz ” filmində rol almışdı.

Qeyd edək ki, Corc Kennedi 1925-ci ildə Nyu-Yorkda aktyor ailəsində dünyaya gəlib.  Aktyorun atası musiqiçi, anası isə rəqqas olub. 1950-ci ildən kinoya gələn aktyor "Oskar " mükafatının sahibi olub.

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü