Modern.az

Gürcüstan "Qazprom"la razılığa gəlib

 Gürcüstan "Qazprom"la razılığa gəlib

Dünya

5 Mart 2016, 23:06

 

Gürcüstan Rusiyanın "Qazprom" şirkəti ilə razılığa gəlib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstan energetika naziri Kaxa Kaladze bəyan edib.

Onun sözlərinə görə, “Qazprom” Rusiya qazının Ermənistana tranzitinə görə əvvəlki şərtlərin ilin sonunadək qüvvədə qalmasına dair Gürcüstanın təklifinə müsbət cavab verib.

Razılığa əsasən, Ermənistana Rusiya qazının tranzitinə görə Gürcüstan əvvəlki kimi 10% qaz əldə edəcək.

“Razılıq əldə olunub, qalıb imzalanmağı. Əvvəlki müqavilələr çərçivəsində qalmaqda davam edirik. Gələn ilə gəldikdə isə gözləyək, 2017-ci ildə mövqeyimiz daha möhkəm olacaq".  

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü