Modern.az

Türkiyə və Amerika kəşfiyyatı iş başında – TƏFƏRRÜAT

Türkiyə və Amerika kəşfiyyatı iş başında – TƏFƏRRÜAT

Dünya

7 Mart 2016, 13:12

Amerikanın “The Washington Post” qəzeti Türkiyə ilə ABŞ kəşfiyyat strukturlarının sıx münasibətlərindən yazıb.

Modern.az qəzetə istinadən xəbər verir ki, iki ölkə Suriya ilə sərhəddə ortaq kəşfiyyat mərkəzi yaradıblar.   Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Co Brennan terrorla mübarizə yollarını müzakirə etmək üçün son aylarda bir neçə dəfə Ankaraya gəlib.

Mərkəzi Kəşfiyyat İdarəsi ilə Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriya sərhəddində ortaq mərkəz yaradıblar.  

Mərkəzin sayəsində son aylar Türkiyədən İŞİD-ə qoşulmaq üçün sərhədi keçənlərin sayı 30% azalıb.

Bundan başqa, Amerika tərəfi Türkiyədəki İncirlik bazasından havaya buraxdığı pilotsuz təyyarələr vasitəsilə Suriya ərazisində önəmli kəşfiyyat məlumatları toplayır.  

Son aylar terror aktları ilə üzləşən Ankarnın İŞİD-ə münasibətdəki neytral münasibətinin kəskin dəyişdiyi bildirilir.  

Türkiyə ABŞ-ın başçlıq etdiyi koalisiyadan Suriyada quru əməliyyatlarlına başlamasında da israrlıdır.  

Vüqar İsmayılov

 
Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü