Modern.az

Kim Çen İn ABŞ-ı hidrogen bombası atmaqla hədələdi

 Kim Çen İn ABŞ-ı  hidrogen bombası atmaqla   hədələdi

Dünya

13 Mart 2016, 20:10

 

Şimali Koreya ABŞ-ı Manhettenə  hidrogen bombası atmaqla hədələyib. Modern.az saytı xəbər verir ki, Pxenyan hökumətinin rəsmi internet səhifəsində yer alan məqaləyə görə, “Şimali Koreya uzaq mənzilli raket vasitəsi ilə hidrogen bombasını Manhettenə atacağı təqdirdə burada yaşayan hər kəs bir anda öləcək və şəhər tamamilə yanıb kül olacaq”.  

Şimali Koreyanın 6 yanvarda hidrogen bombasını sınaqdan keçirməsindən sonra Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bu ölkəyə qarşı sanksiyaları artırmağı qərara alıb. Şuranın Şimali Koreyanın nüvə fəaliyyətinə davam etməsi səbəbiylə bu ölkəyə yeni sanksiyalar tətbiq edilməsini önə çəkən qanun layihəsi qısa bir zaman içində səs vermə nəticəsində qəbul edilib.  

Anspress-in məlumatına görə, Cənubi Koreya və ABŞ-ın bölgədə bu ölkəyə qarşı apardığı siyasətə cavab olaraq Pxenyan hökuməti Vaşinqton və Seul hökumətlərinə qarşı nüvə silahından istifadə edəcəyini bəyan edib.

Martın 4-də Koreya Xalq Demokratik Respublikası (KXDR) hökuməti nüvə silahını döyüş vəziyyətinə gətirib. Ölkə prezidenti Kim Çen İn bu barədə sərəncam verib. Sərəncamda qeyd olunur ki, ölkənin nüvə arsenalı hər an hücuma hazır vəziyyətə gətirilməlidir.

“Koreya Xalq Demokratik Respublikası qabaqlayıcı zərbələrin endirilməsi imkanının əldə edilməsi məqsədilə özünün hərbi doktrinasına yenidən baxacaq”, - deyə Kim Çen İn bildirib.        

Kim Çen İn qeyd edib ki, düşmən Şimali Koreyanın sağ qalmasına qarşı təhdidlər edir. Ötən gün Şimali Koreya Yapon dənizinə doğru bir neçə yaxın mənzilli raket buraxıb. 

Martın 2-də isə BMT  Təhlükəsizlik Şurası və ABŞ-ın Maliyyə Nazirliyi KXDR-yə qarşı yeni sanksiyalar paketini tətbiq edib.

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü