Modern.az

Obama və Putin arasında gecə DANIŞIĞI

Obama və Putin arasında gecə DANIŞIĞI

Dünya

15 Mart 2016, 11:41

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Barak Obama ilə Rusiya qoşunlarının Suriyadan çıxarılmasını müzakirə edib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, martın 14-dən 15-nə keçən gecə baş tutan telefon danışığı zamanı Suriyadakı vəziyyət və rus qoşunlarının bölgədən çıxarılma müddəti müzakirə edilib.  

“Rusiya prezidenti beynəlxalq terrorizmə qarşı Rusiya Kosmik Qüvvələrinin qarşısdında duran tapşırıqları uğurla yerinə yetirdiyini bildirib” – deyə Kremlin açıqlamasında deyilir.  

Tərəflər Suriyadakı sülhün davamlı olması üçün Cenevrədəki danışıqların davam etdirilməsinin vacibliyini qeyd ediblər.    

Vüqar İsmayılov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var