Modern.az

Kürdlər Suriyada yeni dövlət yaratdılar

Kürdlər Suriyada yeni dövlət yaratdılar

Dünya

17 Mart 2016, 16:36

Suriya kürdləri ölkənin şimalında yeni federativ regionun – Şimali Suriya-Rojava federativ regionunun yaradıldığını elan ediblər.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Demokratik İttifaq” Partiyasının rəsmisi Navaf Xəlil bildirib.

Navaf Xəlil yeni regionun adındakı “Rojava” sözünün Suriyadakı Cəzirə, Kobani və Afrin regionlarının ortaq adı olduğunu deyib.

İraq kürdlərinin Moskvadakı nümayəndəsi Aso Talabani suriyalı soydaşlarının muxtar bölgə qurmasını dəstəkləyib.

“Onlar bizim qardaşlarımızdır və hesab edirlər ki, federativ subyektin yaradılmasının vaxtının çatdığını düşünürlər. Biz mütləq onları dəstəkləyəcəyik”.

Kreml isə Suriya kürdlərinin regionda federativ region yaratmalarını onların daxili işi olduğunu bildirib.

Suriya kürdləri Cenevrədə kerçirilən beynəlxalq konfrasda iştirak etmirlər. Rəsmi Ankara kürdlərin “Demokratik İttifaq” Partiyasını (PYD) terrorçu təşkilat kimi tanıdığı üçün onlar Cenervə danışıqlarına dəvət olunmamışdılar.



Vüqar İsmayılov  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü