Modern.az

GİPA azərbaycanlı jurnalistlər arasından seçim edir

GİPA azərbaycanlı jurnalistlər arasından seçim edir

Dünya

28 Mart 2016, 14:37

ABŞ-ın Azərbaycandakı Səfirliyindən Modern.az-a verilən məlumata görə, Gürcüstanın İctimai İşlər İnstitutu (GİPA) Azərbaycan vətəndaşları olan namizədlər arasından Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin (QJMİM) jurnalistika və media idarəçiliyi üzrə magistr proqramına tələbə qəbulu aparır.
Proqram üzrə dərslər ABŞ, Avropa Birliyi, Gürcüstan və Azərbaycandan olan müəllimlər tərəfindən aparılır. Bu proqram ABŞ-ın dövlət departamenti tərəfindən maliyyələşdirilir. Ümumilikdə proqramın məqsədi Qafqazda formalaşmaqda olan demokratik cəmiyyətdə medianın gücləndirilməsidir.

Azərbaycandan seçiləcək 5 nəfər tələbə sentyabr 2016- may 2018 tədris ilində bu proqramda iştirak üçün seçiləcək. Proqramın ilk üç semestri (sentyabr 2016- dekabr 2017) Tbilisi şəhərində GİPA-da keçiriləcək. Dördüncü semestr Bakıda olacaq. 2018-ci ilin may ayında onlar diplom işlərini müdafiə etmək üçün yenidən məkətəbə qayıdacaqlar. GİPA-da təhsil aldıqları zaman tələbələrin kompyuter, radio və video avadanlıqlardan, İnternet və zəngin kitabxanadan istifadə etmək imkanları olacaq. Proqram çərçivəsində tələbələr Brosse Street Journal adlanan jurnalın həm çap, həm də internet versiyasını buraxacaq və GİPA FM radiosu vasitəsilə xəbər proqramlarını yayımlayacaqlar.

Həm çap həm də tele-radio yayımı mediası nümayəndələri üçün nəzərdə tutulan tədris planı praktiki yanaşma və tomlanmış təcrübə prinsipləri üzərində qurulub və faktlarla əsaslanan peşəkar xəbər çatdirilmasını nəzərdə tutur. Burada həmçinin idarəçilik üsullarına və iqtisadiyyat və hüquq fənlərinin tədrisinə də diqqət ayrılacaq. QJMİM müəllim heyyəti və tədris planı mərkəzi USAID tərəfindən maliyələşdirilən dörd illik G-Media layihəsi çərçivəsində İREX Gürcüstan ofisi və ABŞ-ın Cənubi Karolina Universiteti tərəfindən təqdim olunub.

Dil imtahanından və müsabiqədən keçmək üçün namizədlərdən ingilis dili biliyi tələb olunur.

ABŞ-ın Bakıdakı səfirliyi tələbələrin Gürcüstanda olan zaman tədris haqlarını və yaşayışlarını maliyyələşdirəcək.

Qəbul üçün prosedur: Azərbaycan-Amerika qəbul komissiyası üzvlərinin Bakıda keçirəcəyi müsahibə, ingilis dili imtahanı və inşa (ingilis dilində). Sənədərin qəbulu üçün son müddət 22 aprel 2016-cı ildir.

(Əlavə məlumat və sənədlərin təhvili üçün əlaqə saxlayın:

Gülçin Seyidova, proqramın yerli koordinatoru (elektron ünvan:  [email protected])      
yaxud 
 Gürcüstanın İctimai İşlər İnstitunun nəzdnində Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbi
Ünvan: Brosse küç. 2, Tbilisi, Gürcüstan
E-mail: [email protected] web: //www.gipa.ge/csjmm/cert_en.php). 

Əsası 1994-cü ildə qoyulan Gürcüstanın İctimai İşlər İnstitutu özəl tədris ocağı olmaqla Qafqazda demokratik və bazar islahatlarına dəstək olmaq üçün yüksək ixtisaslı ictimai qulluqçular və jurnalistlər buraxan institutdur.

Qafqaz Jurnalistika və Media İdarəçiliyi məktəbi 2001-ci ildə jurnalistika və media idarəçilyi sahəsi üzrə tədris və təlim proqramları vasitəsilə Qafqazda müstəqil medianın inkişafını dəstəkləmək məqsədilə yaradılıb. Məkətbin fəlsəfəsinə əsasən dəqiq və qərəzsiz xəbərçilik ənənəsində təlim görmüş jurnalistlər işlədikləri yerdə jurnalistikanın səviyyəsini qaldırır, dəqiq məlumat verməklə və peşə standartlarını yüksəkdə tutmaqla cəmiyyətə xidmət göstərir.

Məkətbin 2002-ci ildə açıldığı vaxtdan bəri 145-a yaxın məzun ingilis dilli regional proqramı bititrərək jurnalistika və media idarəçilyi üzrə magistr dərəcəsinə yiyələnib. Məktəbin Azərbaycandan olan məzunları yerli media sahəsində lider vəzifələrdə çalışmaqdadırlar. Bu proqramın məzunları bu gün qəzet, televiziya və radiodakı işlərində ədalətlilik, müstəqillik, səmimilik və dəqiqlik prinsipərinə sadiq jurnalistlərdir.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü