Modern.az

Xaçmaz rayonunda yanğın

Xaçmaz rayonunda yanğın

Ölkə

4 Sentyabr 2016, 00:02

Xaçmaz rayonunda yanğın baş verib. Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə rayonun Qaraqurdlu kəndində qeydə alınıb. Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları və çardağına yığılmış 30 ton ot bağlamasının 20 tonu yanıb.

Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı