Modern.az

Zəfər Gününün tarixi niyə dəyişdirildi? - Türkiyə mətbuatı bundan YAZDI

Zəfər Gününün tarixi niyə dəyişdirildi? - Türkiyə mətbuatı bundan YAZDI

Ölkə

Bu gün, 15:37

Bu gün Azərbaycan 30 illik Ermənistan işğalına son qoyan İkinci Qarabağ müharibəsindəki qələbənin 6-cı ildönümünü qeyd edir.

Azərbaycan Ordusu 27 sentyabr 2020-ci ildə Qarabağın Ermənistan işğalından azad edilməsi məqsədilə əks-hücum əməliyyatlarına başlayıb. 44 gün davam edən və noyabrın 10-da başa çatan hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərləri, eləcədə 300-ə yaxın kənd və qəsəbə Ermənistan işğalından azad edilib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladığı üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 10-da Bakı vaxtı ilə saat 01:00-dan Qarabağ münaqişəsi zonasında atəş və bütün hərbi əməliyyatlar dayandırılıb, Ermənistan qüvvələrinin Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarılması, eləcə də Azərbaycanın əsas hissısi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təmin edilməsi razılaşdırılıb. Bəyanata uyğun olaraq Ağdam rayonu noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də, Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb.

Modern.az xəbər verir ki, Türkiyə mətbuatı Zəfər gününün niyə noyabrın 10-da deyil, 8-də qeyd edilməsindən yazıb.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev əvvəllər 10 noyabr tarixinə təyin edilmiş Zəfər Gününün tarixini Türkiyənun qurucu dövlət xadimi Mustafa Kamal Atatürkün vəfat etdiyi günə təsadüf etdiyinə görə dəyişdirib.

“İlham Əliyevin qərarı ilə Zəfər Günü Şuşanın işğaldan azad edildiyi gün – 8 noyabr tarixinə keçirilib”,- deyə Türkiyə KİV-i qeyd edib.

Xatırladaq ki, Zəfər Gününün təsis edilməsi haqqında ilk sərəncam 2020-ci il dekabrın 2-də imzalanmışdı və bu sərəncama görə bayram hər il noyabrın 10-da – atəşkəsin qüvvəyə mindiyi gün qeyd edilməli idi. Lakin noyabrın 10-unun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğu nəzərə alınaraq, ertəsi gün – dekabrın 3-də həmin sərəncam ləğv edilmiş və Zəfər Gününün Şuşanın azad edildiyi gün, hər il noyabrın 8-də qeyd edilməsi barədə yeni sərəncam imzalanmışdı.
 

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
XTQ həkiminin döyüş meydanında gördükləri: Şəhidlərin son sözləri, yaralıların vəsiyyətləri