Modern.az

Azərbaycan xalqı bir olduqda, qarşısında heç bir qüvvə dayana bilməz - DEPUTAT

Azərbaycan xalqı bir olduqda, qarşısında heç bir qüvvə dayana bilməz - DEPUTAT

Ölkə

Bu gün, 13:07

“Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına müraciətində səsləndirdiyi fikirlər tarixi qələbəmizin mahiyyətini və əhəmiyyətini bir daha ortaya qoyur. Dövlət başçısının çıxışı Azərbaycanın keçdiyi mübarizə yoluna və qazandığı tarixi Zəfərə verilən yüksək qiymətdir”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə çıxışında şəhidlərin xatirəsini xüsusi ehtiramla yad etməsi dövlət başçısının Vətən uğrunda canından keçən qəhrəmanlara hörmətinin ifadəsidir:

“Biz bu bayramı böyük qürur hissi ilə qeyd edirik. Eyni zamanda, şəhidlərimizin əziz xatirəsini yad edir, onların ruhuna dualar oxuyuruq. Çünki 30 ilə yaxın işğal altında qalan torpaqlarımız məhz şəhidlərimizin qanı bahasına azad edilib. Azərbaycan döyüş meydanında düşmənin belini qıraraq tarixi qələbə qazanıb. Bu Zəfər lider, xalq və ordu birliyinin təntənəsidir. Biz bütün dünyaya sübut etdik ki, Azərbaycan xalqı yenilməzdir, öz azadlığı və suverenliyi uğrunda hər zaman mübarizə aparmağa qadirdir”.

Tahir Rzayev vurğulayıb ki, Azərbaycanın tarixi qələbəsi təkcə hərbi gücün deyil, həm də xalqın siyasi iradəsinin və milli birliyinin nəticəsidir.

“Prezident çıxışında mühüm bir məqama da toxundu. Uzun illər Ermənistanın arxasında dayanan qüvvələr Azərbaycanın haqq səsini eşitmək istəmirdilər. Bizi işğalla barışmağa məcbur etməyə çalışır, müxtəlif bəyanatlarla ölkəmizi öz yolundan döndərmək istəyirdilər. Əslində, bu mövqe təcavüzkarın dəstəklənməsi demək idi. Ancaq Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək bütün bu təzyiqlərə sinə gərdi. Ordumuz döyüş meydanında, xalqımız isə milli birlik nümayiş etdirməklə Azərbaycanın gücünü bütün dünyaya göstərdi”.

Komitə sədrinin sözlərinə görə, Vətən müharibəsində qazanılan qələbə Azərbaycan xalqının öz lideri ətrafında birləşdikdə nələrə qadir olduğunu bir daha nümayiş etdirib.

“Tarix göstərdi ki, Azərbaycan xalqı bir olduqda, öz liderinə dəstək verdikdə qarşısında heç bir qüvvə dayana bilməz. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bir vaxtlar "Qarabağ Ermənistandır, nöqtə" deyənlər bu gün "Qarabağ Azərbaycandır" deməyə məcburdurlar. Çünki onlar Azərbaycanın gücünü, xalqımızın iradəsini gördülər. Azərbaycan xalqının iradəsini heç bir güc sındıra bilməz”.

Deputat bildirib ki, tarixi Zəfər Azərbaycanın gələcək inkişafı və müstəqilliyinin möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

“Biz qarşıya qoyduğumuz əsas məqsədə nail olmuşuq. Bundan sonra da Azərbaycanın müstəqilliyi və suverenliyi qətiyyətlə qorunacaq. Ölkədəki ictimai-siyasi inkişaf, insanların ruh yüksəkliyi və milli birlik bunu deməyə əsas verir. Bu gün hər bir Azərbaycan vətəndaşı Zəfər Gününü böyük fəxarət hissi ilə qeyd edir. Arzumuz budur ki, zəfərlərimiz davamlı olsun, Azərbaycan müstəqil və suveren dövlət kimi dünyada öz sözünü daha qətiyyətlə desin və gələcəyə daha böyük uğurlarla addımlasın”, – deyə Tahir Rzayev fikirlərini yekunlaşdırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XTQ həkiminin döyüş meydanında gördükləri: Şəhidlərin son sözləri, yaralıların vəsiyyətləri